
Rusiya mətbuatı xəbər verir ki, general-polkovnik Mixail Mizintsev Rusiya Federasiyası müdafiə nazirinin müavini vəzifəsindən azad edilib.
Gununsesi.info xəbər verir ki, Mizintsev ordunun maddi-texniki təminatına cavabdeh idi, əvvəllər də Rusiya Federasiyasının Milli Müdafiə İdarəetmə Mərkəzinə rəhbərlik edirdi.
Mizintsev həmçinin Ukrayna hakimiyyətinin 22 min insanın öldüyü Mariupolun üç aylıq mühasirəsinə rəhbərlik edib.
Mariupolun dağıdılması,Rusiyanın bombardmanları nəticəsində xarabalığa çevrilən Suriyanın Hələb şəhərinin mühasirəsi ilə müqayisə edilirdi
Suriyada Rusiya Federasiyasının koordinasiya etdiyi hücumlara məhz Mizintsev rəhbərlik edib və hərbi ekspertlərin fikrincə, o, Mariupolda həmin təcrübədən qismən istifadə edib.
General Mizintsev bu vəzifə 6-7 ay öncə Ordu Generalı Bulyakovun yerinə təyin edilmişdi.
Şəbnəm
Gununsesi.info