
27 aprel 2023-cü ildə Ankara şəhərində Hacetepe və Azərbaycan Texniki Universitetlərinin birgə təşkilatçılığı ilə “Türkiyə Cumhuriyyəti və Ulusal Lider Heydər Əliyev” in 100 illiyi münasibətilə konfrans keçirilib.
Gununsesi.info xəbər verir ki, konfransda Hacetepe Universitetinin rektoru, professor Mehmet Cahid Gürən, Texniki Universitetin rektoru, professor Vilayət Vəliyev, ölkəmizin Türkiyədə Böyük elçisi Rəşad Məmmədovla bərabər, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da çıxış edib.
Çıxışlarda Türkiyə – Azərbaycan münasibətlərinin tarixi, bu günü və perspektivləri, Ulu Öndər Heydər Əliyevin keçdiyi həyat yolu, onun Azərbaycan və Türkiyə əlaqələrinin inkişafında göstərdiyi müstəsna xidmətləri üzərində geniş dayanıldı.
Daha sonra panel dinləmələri keçirildi. Konfrans bədii hissə ilə başa çatıb.






Gununsesi.info