
Çində qoyun sürüsünün davranışları dünyanın gündəminə oturub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 12 gün boyunca dayanmadan fırlanan qoyunlar yerdə dairə cızıblar.
Dairəvi yeriyən və izlənmə rekordu qırarn müəmmalı davranışla bağlı çeşidli fikirlər ortaya atılıb.
Dayanmadan günlərlə davam edən və milyonlarla izlənmə alan video ilə bağlı qoyunların sahibi bildirib ki, öncə bu davranışa bir neçə qoyun qatılıb. Heyvan sahibi sonradan bütün sürünün bu hərəkətə qatıldığını söyləyib.
Başda çobanlar olmaqla, hər kəsi şok edən bu durumla bağlı əsaslandırmalardan biri qoyunların viruslu bir xəstəliyə tutulmadan qaynaqlanması olub. Ancaq sonradan heyvanların sağlamlıq durumlarının yerində olması açıqlandıqdan sonra müəmmalar bir qədər də artıb.