
Bu gün Avropa Şurası Parlament Assambleyasında “Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin təhlükəsizliyi və təhdidlər mövzusunda” dinləmələr keçiriləcək.
Gununsesi.info-nun xəbərinə görə, dinləmələrdə Azərbaycanda son zamanlar həbsdə olan siyasi fəallar və jurnalistlərdən danışılacaq.
AŞPA-nın Azərbaycan üzrə məruzəçisi Stefan Şenak Gununsesi.info-ya açıqlamasında sessiyada ictimai-fəal Bəxtiyar Hacıyev haqqında da xüsusi müzakirə aparılacağını deyib.
Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Nigar Arpadarai Gununsesi.info-nun Strasburqa ezam olunan əməkdaşının mövzu ilə bağlı sualına cavab verməkdən imtina edib.
Pərviz Həşimli
Fransa / Strasburq
Gununsesi.info