
Argentinanın İqtisadiyyat Naziri Tomas Massa etdiyi açıqlamasında ölkəsinin Mərkəzi Bankının rezervlərini qorumaqla bağlı çətinlikləri üzündən Çindən ticari alışlarda ödəmələri yuan olaraq etməyə başladıqlarını söyləyib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Massa “Twitter” paylaşımında bunları yazıb.
“Çinlə bu ölkədən yuan cinsindən idxalat etməyimizə icazə verəcək olan qərarı işə saldıq. Beləcə, aprel ayında 1 milyard 40 milyon dollar və maydan etibarən 790 milyon dolları yuanla ödəməyə çevirdik”.
Bu qərarın ölkə rezervlərini qorumaq üçün verildiyini söyləyən nazir vurğulayıb ki, bu cür önləmlər ölkənin ehtiyatlarına daha çox güc qazandırır.
Kararın, rezervleri korumak için alındığını söyleyen Massa, ‘bu tür önlemlerin ülkenin rezervlerine daha fazla güç sağladığını’ kaydetti.
Tərcümə: Arzu Sayadoğlu