İranda ayətullah öldürüldü

İran Ekspertlər Şurasının üzvü, Zahidən şəhərinin keçmiş imam cüməsinə qarşı silahlı hücum olub.

Gununsesi.info-xəbər verir ki, Mazandaran valisinin siyasi, təhlükəsizlik və ictimai üzrə müavini Ruhullah Səlaqi bildirib ki, Babolsarda Ekspertlər Şurasının üzvü Ayətullah Abbas Əli Süleymani silahlı hücum nəticəsində qətlə yetirilib və hücum edən şəxs həbs edilib.

HTML tutorial

Abbas Əli Süleymani Ali rəhbər Əli Xameninin Sistan və Bəlucistan vilayətindəki nümayəndəsi və Zahidanın imam cüməsi olub.

 

 

Şəbnəm

Gununsesi.info