Dünyanın ikinci ƏN DƏRİN mavi dəliyi kəşf edildi: “Tamm ja” – Min illik sirlər... / FOTOLAR

  • By arzu
  • 27 Aprel 2023 11:17

Dünyanın ikinci ən dərin mavi dəliyi aşkar edilib. Elm adamları Meksikanın Yukatan yarımadası sahillərində dünyanın ikinci ən dərin mavi dəliyini kəşf etdiklərini açıqlayıblar.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, min illik sirləri özündə saxlayan bu dəliyin adı “Taam ja”dır. Bu dəliyin kəşfi az oksigenli mühitə uyğunlaşmış canlıların sirlərini üzə çıxarmaqda yardımçı olacaq.

HTML tutorial

Yerin dərinliklərindəki yaşamla bağlı detalların araşdırmasında yeni ip ucları verə biləcək “Taam ja” alimlər üçün yeni ümidlər doğurur.

 

Mavi dəliyə “dərin su” anlamına gələn “Taam ja” adı verilib.

 

Tərcümə: Arzu Sayadoğlu
Gununsesi.info