
Avropa Şurasının Parlament Assambleyasının Azərbaycan üzrə müşahicəçiləri hesabat yayıblar.
Hesabatçılar arasında Lan Liddell Qranqer (Birləşmiş Krallıq) və Layz Kristoffersen (Norveç), eləcə də Ermənistan üzrə hesabatçılar Kimmo Kiljunen (Finlandiya) və Boriana Aberqin (İsveç) adları var.
AŞPA-dan Gununsesi.info-yə göndərilən məlumatda qurumun çağırışı yer alır.
AŞPA-nın müraciətində bu qurumunu 16 dekabr 2022-ci ildə Laçın dəhlizi boyunca hərəkət azadlığının təsis edilməsi çağırışı yenilənərək bunlar bildirilir:
“Hər iki ölkəni təktərəfli addımlar atmaqdan uzaq durmağa çağırırıq. Azərbaycan və Ermənistanı Avropa Birliyinin ən üst səviyyədə dəstəklədiyi müzakirə cəhdlərini və Avropa Birliyi Missiyasının Ermənistandakı varlığı vasitəsi ilə daha qarışıq hala gətirəcək əməllərdən uzaqlaşmağa səsləyirik. Sərhəd mövzuları ilə bağlı müzakirələrin sıxlaşdırılması və bütün anlaşılmazlıqların barışıq yolu ilə həll edilməsi çağırışımızı yeniləyirik”.
Sənəddə həmçinin Avropa İnsan Haqları Məhkəməsinin 21 dekabr 2022-ci ildə Məhkəmə Nizamnaməsinin 39-cu Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən 22 fevral 2023-cü ildə edilən açıqlamasına vurğu edilir(Laçın dəhlizi boyunca hər iki tərəfdəki adamların, vasitələrin və yüklərin əngəllənmədən hərəkət etməsini təmin etmək).
Eləcə də, hesabatda Ermənistanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi qurulması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edəcəyi bildirilir.
Tərcümə: Arzu Sayadoğlu