
Avropa Şurasının Parlament Assambleyasının bu gün keçirilən sessiyasında “Azərbaycanda jurnalistlərin və hüquq-müdafiəçilərin vəziyyəti onlara təhdidlər” mövzusunda dinləmələr keçirilib.
Gununsesi.info-nun Strasburqa ezam olunan əməkdaşının verdiyi xəbərə görə, dinləmələrdə AŞPA-nın ayrı-ayrı deputatları və bir sıra QHT rəhbərləri iştirak edib.
Sessiyada Ermənistandan olan deputatlar da Azərbaycan hökuməti əleyhinə fikirlər səsləndiriblər.
Dinləmələrə rəhbərlik edən Böyük Britaniyadan olan deputat Hannah Bardel Azərbaycanda medianın və QHT nümayəndələrinin vəziyyətinə diqqətə çəkib.
O, bildirib ki, ölkədə jurnalistlərə qarşı cinayətlər cəzasız qalır. Daha sonra Amerikada yaşayan jurnalist Qeybullayeva çıxış edib. O media nümayəndələrinin təqiblərə məruz qaldığını bildirib. Jurnalist Aytən Məmmədovaya qarşı hücumdan danışan Qeybullayeva deyib ki, hələ də bu cinayət cəzasız qalıb.
“Sərhədsiz Reportyorlar Təşkilatı”-nın təmsilçisi Jeanna Cavelier də Azərbaycan hökumətini tənqid edib. Azərbaycandan olan jurnalist Ülvi Həsənli çıxışında Bəxtiyar Hacıyevdən danışıb.
Digər çıxışçılar ölkədə media qanununun qəbulundan sonra medianın durumunun ağırlaşdığını, jurnalistlərin təqib altında olduğunu, onların həbs təhlükəsi yaşadığını deyib.
Pərviz Həşimli
Fransa/Strasburq
Gununsesi.info