
Gununsesi.info Mehr News istinadən xəbər verir ki, İranın Mədəni irs, turizm və sənətkarlıq naziri İzzətullah Zərğami dünən hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında deyib: “Sabahdadn (Aprelin 27-dən) etibarən “Ərdəbil 2023” mühüm tədbiri İƏT-ə üzv ölkələrin turizm paytaxtı kimi başlayacaq və bu aksiya Ərdəbil əyalətinin və ölkəmizin turistik məkanlarının tanıtdırılması istiqamətində görülən işlərin bir ilinin başlanğıcıdır”.
Nazirin sözlərinə görə, İƏT-ə üzv ölkələr Ərdəbili turizm paytaxtı seçiblər.
O, Azərbaycan vasitəsilə turizm imkanlarının yaradılması barədə iddia edib: “Bakı hökumətinin” əməkdaşlıq etməməsi və quru sərhədlərini bağlaması səbəbindən bu ölkədən turistlərin İrana girişində problemlər yaranıb. Biləsuvar sərhədindən hər il 1.2 milyon insan Azərbaycandan İrana gəlirdi”.
Gununsesi.info