Gəncədə xəstəxanada yanğın -Xəstə boğularaq ölüb -YENİLƏNİB

Gəncə şəhəri Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasında yanğın binanın zirzəmisində yerləşən elektrik şkafında baş verib.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, zirzəmidə 9 kvadratmetr ərazi yanıb.

HTML tutorial

Yanğın zamanı əmələ gələn tüstü havalandırma borusundan binanın digər mərtəbələrinə daxil olub.

Hadisə zamanı xəstəxananın reanimasiya şöbəsində yatan və ürək çatışmazlığından əziyyət çəkən xəstə tüstüdən boğulub.

Onun şəxsiyyəti dəqiqləşdirilir.

10:34

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhərində yerləşən Abbas Səhhət adına 1 nömrəli Şəhər  Xəstəxanasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Gununsesi.info-xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

10:13

Gəncə şəhərində xəstəxanada yanğın olub.

Gununsesi.info-nun məlumatına görə, hadisə 1 saylı Abbas Səhhət adına Xəstəxanada baş verib.

Məlumatla əlaqədar FHN-in yanğından mühafizə qüvvələri dərhal əraziyə cəlb olunublar.

Tibb müəssisəsinin işçiləri və xəstələr təxliyə olunublar.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Şəbnəm

Gununsesi.info