Rusiyada çaya düşən avtobusun sürücüsü həbs edildi

Sankt-Peterburqun Oktyabrski rayon məhkəməsi körpüdən Moyka çayına düşən avtobusu idarə edən Rəhmətşoh Kurbonovu iki ay müddətinə həbs edib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə şəhər məhkəmələrinin birgə mətbuat xidməti öz teleqram kanalında məlumat yayıb.

 

Qeyd edək ki, hadisə mayın 10-u baş verib. Hadisə nəticəsində avtobusda olan 20 nəfərdən 7-si ölüb.

Gununsesi.info