Apellyasiya Məhkəməsi I qrup əlili həbsdə saxladı

Bakı Apellyasiya Məhkəməsi bir neçə gün əvvəl narkotik ittihamı ilə həbs edilən fiziki məhdudiyyətli müxalif fəal Famil Xəlilovun apellyasiya şikayətini təmin etməyib.

Bu barədə Gununsesi.info-ya onun vəkili Bəhruz Bayramov bildirib.

Qeyd edək ki, hər iki əlləri iflic olan Famil Xəlilov barəsində həbs qərarını Binəqədi Rayon Məhkəməsinin hakimi Vüsal Tağıyev verib.

Hakimin 1-ci qrup əlili həbsə yollaması sosial şəbəkələrdə onun haqqında ağır ittihamlara səbəb olub. Gözlənilirdi ki, Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edəcək.

Məhz buna görə də Xəlilovun həyat yoldaşı və 3 azyaşlı övladı məhkəmə binası qarşında onun yolunu gözləyirdi.

 

Qeyd edək ki, əlləri iflic olan Xəlilov Cinayət Məcəlləsinin 234.4.3-cü (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

 

 

 

Şəbnəm

Gununsesi.info