İsrail tankları Rəfahı mühasirəyə alıb

İsrail tanklarının bu gün Rəfahın şərq və qərbini ayıran əsas yolu nəzarətə götürdüyünü və Qəzza zolağının cənubunda şəhərin şərq hissəsini tamamilə mühasirəyə aldığını bildirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Sakinlər şəhərin şərqində və şimal-şərqində davamlı olaraq partlayış və atəş səslərinin eşidildiyini eyni zamanda İsrail qüvvələri ilə HƏMAS və İslami Cihad yaraqlıları arasında şiddətli toqquşmaların olduğunu bildiriblər.

“Dünəndən tank mərmiləri hər yerə düşdüyü üçün bütün Rəfah təhlükəlidir. Mən buradan getməyə çalışıram, amma ailəmə çadır almağa pulum yoxdur. Ordu tank mərmiləri və hava zərbələri ilə təkcə şərqi deyil, bütün Rəfahı hədəfə alır”, – deyə yaşayan 50 yaşlı sakin Əbu Həsən bildirib.

Bildirilir ki, İsrail ordusu Rəfahın şərqində bir neçə tunel şaxtasını müəyyən edərək hava hücumu ilə HƏMAS yaraqlılarını yaxın məsafədən vuraraq onlardan bir neçəsini öldürüb.

Rəfah şəhərində mülki vətəndaşlara şəhəri tərk etmələri tələb edilib.

Qərb ölkələri və yardım təşkilatları Rəfahdakı quru əməliyyatına bir çox mülki vətəndaşı təhlükə altına atacağı səbəbi ilə qarşı çıxıb. Xəbərdarlıqlara baxmayaraq əməliyyatını davam etdirən İsraillə ABŞ arasında münasibətlər də gərginləşib.

Qeyd edək ki yeddi aydır davam edən müharibədə 34 mindən çox Qəzzalı həyatını itirsə də, HƏMAS-ın nəzarətində olan bölgənin səhiyyə rəsmiləri daha minlərlə insanın dağıntılar altında qaldığını deyir.

İsrail oktyabrın 7-də 1200 nəfərin öldüyü, 200-dən çox insanın girov götürüldüyü hücumlardan sonra Qəzza zolağına cavab hücumlarına başlayıb.

 

 

 

Şəbnəm

Gununsesi.info