
Qusar rayonunda meşə ərazisinin məhv edilməsi və orada tikintinin aparılması ilə bağlı yayılan xəbərlərə adıçəkilən rayonun İcra başçısı açıqlama verib.
Gununsesi.info-nun sorğusuna cavab olaraq Qusar Rayon İcra Hakimiyyəti (RİH) meşənin məhv edilməsi iddiasına münasibət bildirib:
“Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə həmin ərazi prespektiv fond kimi Qusar bələdiyyəsinin balansına verilmişdir.
Qeyd olunan ərazi həyətyanı torpaq sahəsi kimi vətəndaşların mülkiyyətinə verilmişdir. Hazırda həmin ərazidə heç bir ağac qırıntısı aparılmır. Ərazidə aparılan tikinti işləri ilə əlaqədar müvafiq orqanlar tərəfindən araşdırmalar aparılır”.
Gununsesi.info