Azərbaycan Əfqanıstana başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi Əfqanıstana başsağlığı verib.

 

Gununsesi.info xəbər verir ki, bununla bağlı XİN-in “X”dəki hesabında paylaşım edilib.

 

“Əfqanıstanda baş verən dağıdıcı daşqınlar bizi dərindən kədərləndirdi.

 

Bu fəlakətdə həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk”, – XİN qeyd edib.

Gununsesi.info