
Şiddətli yağışlar İndoneziyanın Qərbi Sumatra əyalətində daşqınlar və torpaq sürüşmələri ilə nəticələnib, nəticədə azı 28 nəfər ölüb, daha 4 nəfər hələ də itkin düşmüş sayılır
Gununsesi.info-nun məlumatına görə, bu barədə “Reuters” yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.
Təbii Fəlakətlə Mübarizə üzrə Milli Agentliyin məlumatına görə, şənbə gecəsindən etibarən daşqın Tanah-Datar rayonuna palçıq axınları gətirib.
Agentliyin məlumatına görə, 84 yaşayış binası və 16 körpü zərər çəkib. Yolların təmizlənməsini sürətləndirmək üçün ərazilərə ağır texnika cəlb olunub.
Gununsesi.info