
Yaponiyada məşhur firmalardan birinin istehsal etdiyi çörəyin içindən siçan qalıqları tapılıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, çörəkdə siçan qalıqlarının izləri aşkar edildikdən sonra məhsul və müştərilərin pulları geri qaytarılıb.
Ölkənin aparıcı çörək istehsalçılarından olan Pasco Shikishima şirkəti, iki çörək paketində siçan hissələrinin tapılmasından sonra sözügedən məhsulu rəflərdən yığışdırıb.
Şirkətin verdiyi məlumata görə, indiyədək heç bir xəstəlik şikayəti almayıb: “Müştərilərimizdən, iş ortaqlarımızdan və bütün əlaqədar tərəflərdən yaranan narahatlığa görə üzr istəyirik”.
Şirkət siçan qalıqlarının çörəyin içinə necə girdiyi barədə məlumat verməsə də, məhsulun paytaxt Tokioda montaj xətti dayandırılmış fabrikdə istehsal edildiyini bildirib.
“Bu vəziyyətin bir daha təkrarlanmaması üçün keyfiyyətə nəzarəti gücləndirmək üçün əlimizdən gələni edəcəyik.”
Qeyd edək ki, adıçəkilən şirkətin məhsulları ABŞ, Çin, Avstraliya və Sinqapur kimi bir çox ölkələrə də ixrac olunur.
Şəbnəm
Gununsesi.info