Rusiyada daşqınlar: Dörd mindən çox yaşayış evi suyun altında qaldı

  • By arzu
  • 13 Avqust 2023 17:35

Primoryedə daşqınlar ciddi fəsadlara səbəb olub.

Məlumata görə, artıq təbii fəlakət zonalarından iki mindən çox insan təxliyə edilib.

Bildirilir ki, aramsız leysan nəticəsində 4400-ə yaxın yaşayış evi, beş mindən çox təsərrüfat sahəsi və 43 yol su altında qalıb.

Həmçinin, su 28 yaşayış məntəqəsinə gedən yolu kəsib.

Gununsesi.info