
Kür çayının Şəmkir rayon Dəllər Cırdaxan kəndindən keçən hissəsində batanların kimliyi bəlli olub.
Gununsesi.info xəbər verir ki, onlar Qazax rayon sakinləri 2003-cü il təvəllüdlü Nurlan Elburus oğlu Kərimov və onun 2008-ci il təvəllüdlü qardaşı Akşin Elburus oğlu Kərimovdur.
Onların meyiti tapılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.