Turistlər Gürcüstanda 482 milyon dollar xərcləyib

Gürcüstanın beynəlxalq turizmdən əldə etdiyi gəlir rekord həddə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Milli Turizm Administrasiyası məlumat yayıb. Agentliyin hesabatına görə, 2023-cü ilin yanvar-iyun aylarında, Gürcüstan beynəlxalq səyahətlərdən (turizmdən) 1 804 529 935 dollar gəlir əldə edib. Bu isə 2022-ci illə müqayisədə 661 999 720 ABŞ dolları (57,9%) artım demekdir.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında səyahətdən əldə olunan gəlirlərə görə ölkələr arasında Rusiya liderdir. Ümumilikdə, ilin birinci yarısında rusiyalı turistlər Gürcüstanda 482,1 milyon ABŞ dolları xərcləyib.

2023-cü ilin yanvar-iyun aylarında beynəlxalq səyahətçilərdən ölkələr üzrə əldə edilən gəlirləri aşağıda təqdim edirik:

Rusiya – 482,1 milyon dollar;

Türkiyə – 264 milyon dollar;

Aİ ölkələri – 215,7 milyon dollar;

İsrail – 148,2 milyon dollar;

Ukrayna – 101,8 milyon dollar;

Ermənistan – 67,3 milyon dollar;

Azərbaycan – 60,9 milyon dollar;

İran – 50,1 milyon dollar;

Belarus – 48,4 milyon dollar;

Səudiyyə Ərəbistanı – 22,1 milyon dollar.

Gununsesi.info