Tramp rəqibinin olmadığını bildirdi

  • By arzu
  • 13 Avqust 2023 15:49

ABŞ-nin keçmiş Prezidenti Donald Tramp 2024-cü il seçkilərində yenidən seçilmək şansının 100 faizə yaxın olduğunu bildirib.

Gununsesi.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, Tramp bu haqda “The Times” qəzetinə danışıb.

O bildirib ki, 2020-ci ildə qarşıdurmalarını gələn il təkrar etsələr, ABŞ-nin hazırkı Prezidenti Co Baydeni məğlub etmək şansının demək olar ki, 100 faiz olduğuna inanır.

Tramp həm də əmindir ki, respublikaçılar arasında onun üçün layiqli rəqiblər yoxdur.

 

Gununsesi.info