
Qaxda avtomobil ağaca çırpılıb, ata və övladları xəsarət alıb.
Gununsesi.info xəbər verir ki, hadisə Qax şəhəri, S.Vurğun küçəsində baş verib.
Pərviz Mehdiyev idarə etdiyi “BMW” markalı avtomobili ilə hərəkətdə olarkən, idarəetməni itirməsi səbəbindən avtomobil yol kənarındakı ağaca çırpılıb.
Hadisə nəticəsində avtomobilin sürücüsü və üç azyaşlı qızları müxtəlif dərəcəli bədən xəsarətlər alıblar. Yaralılar qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.