Dünyanı çalxalayan xəbər: Çin Rusiyaya çoxlu sayda əsgəri təchizat satdı – “Politico”

  • By arzu
  • 25 İyul 2023 11:21

Amerikanın “Politico” dərgisi Çinin Rusiyaya çoxlu sayda əsgəri təchizat satdığını yazır.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, dərgi Çinin müdafiə sənayesi şirkətlərinin Rusiyaya gizli yollarla böyük miqdarda əsgəri təchizat satdığını iddia edib.

Yazıdakı xəbərə görə, “ekran” (arxa plan) şirkətlər üzərindən yüz minlərlə gülləkeçirməz geyim, baş dəbilqəsi və pilotsuz uçan aparatlar və termal görüş cihazları həmin şirkətlər üzərindən Rusiyaya satılıb.

Çin mərkəzli müdafiə sənayesi şirkətlərinin Rusiyaya satdığı böyük miqdarda hərbi sursat Ukrayna savaşının gedişatını dəyişdirmək üçün Moskvanın əlini gücləndirəcək.

Yazıda satışı edən şirkətlərin maliyyə hesabatlarının şübhəli olduğuna diqqət çəkilir.
Satılan mallar arasında 100 milyon dollardan çox PUA-lar, baş dəbilqəsi saylarının rus ordusuna yetəcək miqdarda olduğu vurğulanır.

Eləcə də, Rusiyanın Çindən Qərb texnologiyası mallarını da satın alması önə sürülür.

 

Tərcümə: Arzu

Gununsesi.info