Azərbaycan Premyer Liqası: “Qarabağ” ilk qələbəsini qazanıb - VİDEO

“Qarabağ” futbol üzrə Azərbaycan Premyer Liqasının 2023/24 mövsümündə ilk qələbəsini qazanıb.

Gununsesi.info xəbər verir ki, ilk matçda “Zirə”yə uduzan Ağdam klubu II turda “Turan Tovuz”dan güclü olub.

Komanda öz meydanında böyük hesablı qələbəyə sevinib – 3:0.

30-cu dəqiqədə Juninyo “atlılar”ın ilk qolunu vurub.

66-cı dəqiqədə Abdullah Zubir fərqi artırıb.

Üç dəqiqə sonra Adama Diakabi matçda son nöqtəni qoyub.

Bu qələbədən sonra “Qarabağ” üç xalla dördüncüdür. Eyni xala malik “Turan Tovuz” beşinci pillədə qərarlaşıb.

Gununsesi.info