Rusiyada azyaşlı uşaqlar avtobusu yandırıb -Fotolar

Rusiyanın Novosibirsk şəhərində azyaşlı uşaqlar avtobusu yandırıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Incident Novosibirsk” teleqram kanalı məlumat yayıb.

 

Hadisə Viktor Usa küçəsində baş verib. Hadisə şahidinin sözlərinə görə, təxminən altı yaşlı uşaqlar maşını bir neçə dəfə yandırmağa cəhd etsələr də, üçüncü dəfə buna nail ola biliblər. Oturacaqlardan birini əhatə edən yanğın kabinənin qalan hissəsinə keçib.

 

“Avtobusda benzin olub və partlayışlar baş verib”, – nəşr yazıb.

 

Əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını tez bir zamanda söndürüblər. Yanğın zamanı xəsarət alan olmayıb.

Gununsesi.info