Yəmən limanı yaxınlığında gəmiyə hücum edilib

  • By ilhame
  • 29 Aprel 2024 14:42

Mərkəzi Yəmən sahillərində gəmiyə hücum olunub.

 

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımaları üzrə Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.

 

“UKMTO-ya Yəmənin Moha şəhərindən 54 dəniz mili şimal-qərbdə baş vermiş insident barədə məlumat daxil olub. Səlahiyyətlilər hadisənin başvermə şəraitini araşdırır. Gəmilərə ehtiyatlı olmaq və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə olunur”, – məlumatda qeyd olunub.

 

UKMTO hücum kimi təsnif etdiyi hadisənin təfərrüatları barədə verməyib.

Gununsesi.info