Gürcüstan bu il turizmdən 4,5 milyard dollar əldə edəcək

Gürcüstan 2024-cü ildə turizmdən 4,5 milyard dollar əldə edəcək.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Galt & Taggart” investisiya kompaniyasının araşdırmasında yazılıb.

 

Bildirilib ki, yanvar-mart aylarında beynəlxalq səyahətçilərin səfərlərinin sayı il ərzində 7,6% artaraq 1,3 milyon nəfər təşkil edib.

 

Ümumi ziyarətlərin 938,6 min nəfərini turist səfərləri təşkil edib ki, bu da ötən ilin birinci rübü ilə müqayisədə 11% çoxdur.

Gununsesi.info