Rumıniya millisinin məşhur qapıçısı karyerasını sonlandırıb

  • By ilhame
  • 12 Sentyabr 2024 19:18

Rumıniya milli komandasının sabiq qapıçısı Çiprian Teteruşanu karyerasını sonlandırıb.

 

Gununsesi.info yerli mətbuata istinadən xəbər verir ki, son mövsümü Səudiyyə Ərəbistanının “Abha” kollektivində keçirən 38 yaşlı qolkiper futbolla vidalaşıb.

 

Qeyd edək ki. karyerasına “Yuventus” (Buxarest) klubunda başlayan Teteruşanu İtaliyada “Fiorentina”, “Milan” Fransada isə “Lyon” və “Nant” kimi klubların formasını geyinib.

Gununsesi.info