
Artıq 34 ölkə dövlətlər arasında səmərəli qarşılıqlı əlaqə yaratmaq üçün BRİKS təşkilatının işinə qoşulmaq istəyir.
Gununsesi.info Axar.az – a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin assosiasiyaya üzv ölkələrin nümayəndələri ilə təhlükəsizlik məsələləri üzrə görüşdə deyib.
“Biz bir çox dövlətlər tərəfindən BRİKS-ə artan marağı gözardı edə bilməzdik. Bu gün artıq 34 dövlət bu və ya digər formada assosiasiyamızın fəaliyyətinə qoşulmaq istəklərini bəyan edib”, – o bildirib.
Gununsesi.info