
Macarıstan hakimiyyət orqanları icmanın xarici sərhədlərinin qorunması ilə bağlı təxminən 2 milyard avroluq xərclərin ödənilməsi üçün Avropa Komissiyasına (AK) qarşı iddia qaldıra bilər.
Gununsesi.info xəbər verir ki, bu barədə Macarıstanın baş nazirinin aparatının rəhbəri Qergeli Qulyas məlumat verib.
“Biz Şengen sərhədinin qorunmasına görə digər Aİ-yə üzv ölkələrə qismən və ya tam kompensasiya ödəyən Avropa Komissiyasına qarşı iddia qaldırmağa hazırıq. Macarıstan son illərdə AB-dən heç bir əhəmiyyətli yardım almadan Şengen sərhədinin qorunmasına 2 milyard xərcləyib. Biz görürük ki, Avropada dəyişikliklər baş verir. 2015-ci ildə Macarıstanın baş naziri Viktor Orban Aİ-nin icma qanunlarına və Şengen müqaviləsinə hörmət etmədiyi təqdirdə Şengen zonasının dağılacağını demişdi”, – deyə Qergeli Qulyas bildirib.
Onun sözlərinə görə, Almaniyanın sentyabrın 9-da dövlət sərhədlərində əlavə nəzarət tətbiq etmək qərarı Aİ daxilində sərbəst hərəkətə mane olur.
“Əvvəlcə onlar AB ölkələrinə öz xarici sərhədlərini effektiv şəkildə müdafiə etmələrinə imkan verməməklə zərər verdilər, indi isə daxili sərhədlərə məhdudiyyətlər qoymaqla onu ictimai məhv edirlər”, – deyə Qulyas yekunlaşdırıb.
Sentyabrın 4-də Macarıstan baş nazirinin təhlükəsizlik məsələləri üzrə müşaviri György Bakondi bildirib ki, Budapeşt ölkəyə tətbiq edilən cərimələrə baxmayaraq, ölkəyə gələn qeyri-qanuni miqrantlara sığınacaq verilməsi ilə bağlı Aİ Ədalət Məhkəməsinin qərarını icra etməyə başlamaq niyyətində deyil.
Bundan əvvəl Avropa İttifaqının Ədalət Məhkəməsi miqrantların qəbulu qaydaları ilə bağlı əvvəlki məhkəmə qərarlarını yerinə yetirməkdən imtina etdiyinə görə Macarıstana 200 milyon avro, eləcə də gündəlik 1 milyon avro məbləğində cərimə tətbiq edib.
Gununsesi.info