Məşhur futbolçu vergi fırıldaqçılığında ittiham olunur

  • By Günel
  • 12 Sentyabr 2024 11:14

Fransa millisinin və  “Liverpul”un sabiq hücumçusu Cibril Sisse 1 il şərti həbs cəzasına məhkum edilə bilər.

Gununsesi.info “Qafqazinfo” – ya istinadən xəbər verir ki, 43 yaşlı sabiq futbolçu vergi fırıldaqçılığında və korporativ aktivlərdən sui-istifadədə ittiham olunur.

Fransa prokurorluğu məhkəmədən Sissenin 100 min avro məbləğində cərimələnməsini istəyib.

Qeyd edək ki, Sisse 2002-2011-ci illərdə Fransanın əsas millisində oynayıb. O, 2004-2006-cı illərdə “Liverpul”un formasını geyinib.

Gununsesi.info