Pentaqon 1,2 milyard dollarlıq raket istehsalı sifariş verib

ABŞ Müdafiə Nazirliyi Amerikanın Raytheon şirkəti ilə Ukrayna da daxil olmaqla, AMRAAM (Advanced Medium Range Air-to-Air Missile) orta mənzilli təyyarə raketlərinin istehsalı üçün təxminən 1,2 milyard dollarlıq müqavilə imzalayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin sentyabrın 11-də yaydığı məlumatda deyilir.

“Raytheon Co., Tucson, Arizona, əvvəllər verilmiş Qabaqcıl Orta Menzilli Hava-Hava Raketi (AMRAAM) müqaviləsinə 1,195,985,081 ABŞ dolları dəyərində sabit qiymətli stimullaşdırıcı dəyişiklik müqaviləsi ilə təltif edilib”-deyə bildirilib.

Sənəddən göründüyü kimi, müqavilə sonradan Bəhreyn, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, İtaliya, Kanada, Norveç, Ukrayna, Finlandiya, İsveçrə və Yaponiyaya ötürülməsi üçün AMRAAM raketlərinin və müvafiq avadanlıqların istehsalını nəzərdə tutur.

Müqavilə üzrə işlər 31 dekabr 2028-ci il tarixinədək başa çatdırılmalıdır.

 

 

Gununsesi.info