Bakının mərkəzində ofis binasında faciə

  • By Günel
  • 12 Sentyabr 2024 12:03

Dünən axşam saatlarında paytaxtın Səbail rayonunda yerləşən inzibati binaların birində bədbəxt hadisə baş verib.

Gununsesi.info xəbər verir ki, saat 19 radələrində “Azərneftkimyamaş” ASC-də işləyən Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Rasif İbrahimovu elektrik işləri gördüyü zaman “tok” vurub. O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info