
Avropa İttifaqı (Aİ) ölkələri Ukraynadan olan qaçqınlara müavinət ödəməyi dayandırmalıdır, çünki bu cür ödənişlər onların ölkəyə qayıtmasına maneələr yaradır.
Gununsesi.info xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.
“Aİ-nin himayəsində olan ukraynalı qaçqınlar ailədəki hər uşaq üçün ayda 200 avro alırlar. Qərbi Avropada onlar başqa ödənişlər də ala bilərlər. Bu, vətənini müdafiə etmək üçün vətənə qayıtmalı olan gənclər üçün maliyyə maneəsi yaradır.Avropa itaətsizliyə subsidiya verməməlidir”, – deyə diplomat bildirib.
Sikorskinin sözlərinə görə, ABŞ Konqresinin Kiyevə yardım göstərməsini gecikdirməsi, eləcə də Ukraynada səfərbərlik haqqında qanun Ukrayna tərəfi üçün cəbhədəki vəziyyətə mənfi təsir göstərib.
Sentyabrın 10-da məlum olub ki, Estoniya yalnız yeni ukraynalı qaçqınlara birdəfəlik kirayə pulu verməyə başlayacaq.
Müavinətlərin verilməsi üçün yeni şərtlər sentyabrın 11-dən qüvvəyə minəcək.
Onun ölçüsü 1,2 min avrodur.
Qeyd olunur ki, ölkədə bir ildən artıqdır ki, Estoniyada olan çoxlu sayda ukraynalı yaşayır.
Gununsesi.info