Pensiyalar nə qədər artırılacaq?

  • By Günel
  • 12 Sentyabr 2024 11:56

2024-cü ilin ilk 7 ayında Azərbaycanda nominal orta aylıq əməkhaqqı 8.3 faiz artıb. Orta aylıq əməkhaqqındakı artım faizi pensiyalardakı artımı müəyyənləşdirmək baxımından əsas meyardır. Belə ki, əmək pensiyaları hər il yanvar ayında indeksləşdirilir və bu, əvvəlki ildə orta aylıq əməkhaqqıdakı artım faizinə uyğunlaşdırılır.

Gununsesi.info Axar.az – a istinadən xəbər verir ki, bu sözləri, deputat, iqtisadçı-alim Vüqar Bayramov qeyd edib.

O bildirib ki, bu ildəki orta aylıq əməkhaqqıdakı artım faizinə uyğun olaraq, 2025-ci ilin yanvarın birindən etibarən bütün növ əmək pensiyalarında artımlar olacaq:

“2024-cü il üçün yekun illik göstərici gələn ilin əvvəlində elan ediləcək. Eyni zamanda bu ilin sonuna doğru maaş məbləğlərindəki potensial dəyişikliklər də orta illik əməkhaqqı faizinə təsir göstərə bilər. Daha konkret rəqəmlər ilin sonuna doğru bəlli olacaq.

Əmək pensiyaları orta aylıq əməkhaqqındakı artım faizinə, pensiya kapitalı isə inflyasiya səviyyəsinə uyğun olaraq artırılır. Bu baxımdan, gələn ildən etibarən pensiya kapitalı da indeksləşdirilərək artırılacaq”.

Gununsesi.info