Bakıda marşrut xətlərinə 170 avtobus cəlb ediləcək

  • By Günel
  • 12 Sentyabr 2024 17:57

Tədris mövsümünün başlaması ilə əlaqədar sərnişindaşıma imkanlarının yaxşılaşdırılması üçün xətlərə buraxılan avtobus sayı artırılacaq. 

Gununsesi.info bildirir ki, bu barədə “Qafqazinfo”ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, 2022-ci ilin sentyabr ayında Bakı şəhəri üzrə sərnişindaşımada 1780 avtobus istismar edilirdisə, 2023-cü ildə bu say 2011-ə çatdırılıb. Bu ilin müvafiq dövründə daha 170 avtobus marşrut xətlərinə cəlb ediləcək. 160  yeni elektrik avtobusunun da alınaraq Bakı şəhərinə gətirilməsi və sərnişinlərin xidmətinə verilməsi ilə bu say 2341-ə çatdırılacaq. Hədəf isə sərnişinlərə xidmət göstərəcək avtobusların sayının 2500-ə çatdırılmasıdır.

Bundan əlavə, Sumqayıt şəhəri və Abşeron rayonunda 2023-cü ilin sentyabr ayı ilə müqayisədə sərnişindaşımaya əlavə olaraq 75 avtobus cəlb edilib. Sumqayıt şəhəri və Abşeron rayonuna aid marşrutlar üzrə yay aylarında 370-390 avtobus itismar edilirdisə, tədris mövsümü ilə əlaqədar avtobus sayı 486-ya çatdırılıb.

Gununsesi.info