“Real” qapıçısı ilə müqavilə müddətini uzadacaq

  • By ilhame
  • 11 Sentyabr 2024 21:01

İspaniyanın “Real” (Madrid) klubu qapıçısı Andrey Luninlə müqavilə müddətini uzadacaq.

 

Gununsesi.info “Marca”ya istinadən xəbər verir ki, ukraynalı qolkiper daha 4 il “Kral klubu”nun şərəfini qoruyacaq.

 

Onun hazırkı sözləşməsi 2025-ci ilin iyununda başa çatır.

 

Qeyd edək ki, 25 yaşlı əlcək sahibi 2018-ci ildən “Real”ın şərəfini qoruyur.

Gununsesi.info