
Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info-nun məlumatına görə, Zığ şosesində 2001-ci il təvəllüdlü Sadıqov Anar Natiq oğlunun idarə etdiyi motosiklet avtomobillə toqquşub.
Hadisə zamanı xəsarət alan A.Sadıqov təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.
Gununsesi.info