“İranda 19 fevraldan indiyədək 70 029 nəfər yeni koronavirusa (COVID19) yoluxub”.
Gununsesi.org Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib.
K.Cahanpurun sözlərinə görə, ötən sutka ərzində daha 1 837 nəfər bu virusa yoluxub.
Nazirlik rəsmisi deyib ki, ötən 24 saat ərzində daha 125 nəfər virusdan həyatını itirib. Beləliklə, İranda bu virusdan ölənlərin sayı 4 357 nəfərə yüksəlib. İndiyədək 41 947 nəfər sağalaraq evə buraxılıb.
Cahanpur 3 987 nəfərin vəziyyətinin ağır qiymətləndirildiyini deyib.
İranda indiyədək koronavirus diaqnozu ilə əlaqədar 251 mindən çox test aparılıb.
COMMENTS