Belarusda 300-dən çox tibb işçisi koronavirusa yoluxub –Həkimlərin virusa yoluxma halları artır

Belarusda 300-dən çox tibb işçisi koronavirusa yoluxub –

Belarusda 301 tibb işçisinin koronavirusa yoluxması laboratoriyada təsdiqlənib.

Gununsesi.org “Report”a istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Vladimir Karanik bildirib.

Qeyd edək ki, Belarusda son sutkada COVID-19-dan 4 nəfər ölüb. Virus qurbanlarının ümumi sayı isə 23-ə çatıb.

Gununsesi.org

COMMENTS