Keniyada qəribə hadisə baş verib.
Gununsesi.org NDTV-yə istinadla xəbər verir ki, “Sheldrick Wildlife Trust” adlı vəhşi heyvanların reabilitasiya mərkəzi yeni canlı növü olan zebra-eşşək hibridini təqdim edib. Maraqlıdır ki, heyvana “Zonkey” adı verilib (Z – Zebra, Donkey – Eşşək).
Bir il öncə milli parka gətirilən vəhşi dişi zebra ilə uzunqulağın yaxın münasibətini izləyən mütəxəssislər onları ayırmağa tələsmədən müşahidələrə davam ediblər. Nəticədə, zebra ilə ulağın cütləşməsindən hər ikisinə bənzəyən bir hibrid doğulub. Hazırda bu ailə bala ilə birlikdə xüsusi nəzarətə alınıb. Zebranın, ulağın və balanın sağlam oldugu bildirilir.







Arzu
COMMENTS