Kanadalı xokkeyçi 26 yaşında dünyasını dəyişdi

Kanadalı xokkeyçi 26 yaşında dünyasını dəyişdi

Kanadanın “Edmonton” klubunun xokkeyçisi Kolbi Keyv dünyasını dəyişib.

Gununsesi.org-un məlumatına görə, bu barədə Milli Xokkey Liqası (NHL) təmsilçisinin rəsmi saytı xəbər yayıb.

26 yaşlı idmançının ölümünə intraserebral qanaxma (beyin qanaxması) səbəb olub.

Xokkeyçinin beynində qanaxma aprelin 6-da başlayıb və o, dərhal Torontodakı xəstəxanalardan birinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, idmançının həyatını xilas etmək olmayıb.

Qeyd edək ki, Kolbi Keyv 2018-ci ildən “Edmonton” klubunda çıxış edirdi.

 

 

Gununsesi.org

COMMENTS