Türkiyədə koronavirus qurbanlarının sayı 1,1 min nəfəri ötdü

Türkiyədə koronavirus qurbanlarının sayı 1,1 min nəfəri ötdü

Türkiyədə son bir gün ərzində koronavirusa yoluxanların sayı daha 5,1 min nəfər artıb.

Gununsesi.org-un məlumatına görə, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 52,1 min nəfəri ötüb.

“Son 24 saatda 33 170 test edilib, 5 138 yeni hal (koronavirusa yoluxma) qeydə alınıb. 95 xəstə öldü. İndi ölənlərin ümumi sayı 1 101, xəstələrin ümumi sayı 52 167 nəfər oldu”, – deyə nazir özünün “Twitter”dəki səhifəsində yazıb.

Fahrettin Kocanın sözlərinə görə, virusa yoluxmuş 2 965 nəfər sağalıb.

 

 

Gununsesi.org

COMMENTS