Şabranda keçmiş məhbus ana və oğlunu güllələdi

Şabranda keçmiş məhbus ana və oğlunu güllələdi

Şabranda qətl hadisəsi törədilib.

Gununsesi.org-un “Report”a istinadən məlumatına görə, hadisə Zeyvə kəndində baş verib.

Belə ki, bu yaxınlarda həbsdən buraxılan Nahid Məmmədov 1963-cü il təvəllüdlü İstək adlı qadını və onun oğlu, 1983-cü il təvəllüdlü Məhəbbət adlı şəxsi ov tüfəngindən atəş açaraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və tibb işçiləri cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

 

 

 

Gununsesi.org

COMMENTS