Ukrayna dövləti hərbi arsenalında yeni olan “P-360” raket kompleksinə aid “PK-360MЦ” tipli “Neptun” raketini dəniz üzərində sınaqdan keçirib.
Gununsesi.org xəbər verir ki, sınaq dənizdə hərəkətdə olan şərti düşməni məhv etməklə başa çatıb. Bu uğurlu raket sınağı Odessa vilayətinin Alibey hərbi poliqonundan həyata keçirilib.
“Гос ККБ” – “Луч” hərbi konserninin baş direktoru və baş konstruktoru Oleq Korostelev “Neptun” raketinin 75 km məsafədən tuşlanan hədəfi dəqiq vurmasını Ukrayna hərbi sənayesinin növbəti uğuru adlandırıb. Raketin dənizdəki hədəfə hücumu prosesini səmadan Ukrayna Hərbi Hava Qqvvələrinə məxsus Su-27 qırıcıları müşayiət edib. Yerli mütəxəssislər müharibə vəziyyətinə olan, daima Rusiya tərəfindən aqressiyaya məruz qalan Ukraynanın keyfiyyətli və müasir silahlara daima ehtiyac duyduğunu qeyd ediblər.
COMMENTS