İsraildə koronaviruslu xəstələrin sayı 10 505-ə çatıb, gün ərzində ölən olmayıb

İsraildə koronaviruslu xəstələrin sayı 10 505-ə çatıb, gün ərzində ölən olmayıb

İsraildə COVID-19 diaqnozu qoyulmuş şəxslərin sayı 10 505 nəfərə çatıb.  

Gununsesi.org APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, gün ərzində ölən olmayıb. İndiyədək İsraildə 95 nəfər koronavirusun qurbanı olub, 1236 nəfər sağalıb.  

Müalicə olunanlardan 191-nin vəziyyəti ağırdır.

Sabah İsraildə ictimai nəqliyyatın işi bərpa olunacaq. İctimai nəqliyyatın fəaliyyəti aprelin 7-də dayandırılmışdı.

Gununsesi.org

COMMENTS