Prezident sarayının 20 əməkdaşı koronaya yoluxdu

Prezident sarayının 20 əməkdaşı koronaya yoluxdu

Kabildə Prezident sarayının 20 əməkdaşının koronavirus testlərinin nəticələri müsbət çıxıb.

Gununsesi.org Azərtac-a istinadla xəbər verir ki, mütəxəssislər ümumilikdə 517 testi tədqiq ediblər. Yoluxma halları müəyyən edildikdən sonra Əfqanıstan Səhiyyə Nazirliyinin işçiləri Prezident sarayının digər əməkdaşlarından və məmurlardan da analizlər alıb.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 15:30-a olan məlumata əsasən, artıq dünyada 1 milyon 710 mindən çox yoluxma və 104 minə yaxın ölüm faktı qeydə alınıb.

Əfqanıstanda isə indiyə qədər COVID-19 xəstəliyinə 555 nəfər yoluxub, 18 nəfər isə həyatını itirib.

Gununsesi.org

COMMENTS