Kanadada koronavirusa yoluxanların sayı 22 544-ə, ölənlərin sayı 600-ə çatıb.
Gununsesi.org “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Yoluxma halları daha çox Kvebek (11 677) və Ontario (6 648) əyalətlərində qeydə alınıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də koronavirusu pandemiya elan edib. İndiyədək bütün dünyada 1,5 milyon yoluxma halı, 92,7 mindən çox ölüm halı təsdiqlənib.
Gununsesi.org
Gununsesi.org
COMMENTS