
İsrail mediası ABŞ-ın Livanın “Hizbullah” qruplaşması ilə müharibəyə başlamaması üçün İsrailə təzyiq etdiyini yazıb.
Gununsesi.info xəbər verir ki, “Times of Israel” qəzetinin adı açıqlanmayan iki İsrail hökumət rəsmisinə istinadən verdiyi məlumata görə, Ağ Ev döyüşlərin blokadaya alınmış Qəzza zolağından kənara da yayılmasının qarşısını almaq üçün səy göstərir.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, ABŞ özəl və açıq şəkildə “Hizbullah” və İrana İsrailin şimal cəbhəsində müharibəyə başlamamaq barədə xəbərdarlıq edib.
Mənbələr bildiriblər ki, ABŞ həmçinin İsrailə “Hizbullah” hücumlarına cavab verərkən diqqətli olması barədə xəbərdarlıq edib. Vaşinqton İsrail ordusunun Livandakı səhvinin daha böyük müharibəyə səbəb ola biləcəyini vurğulayıb.
Səid Əhmədli
Gununsesi.info